İran: Türkiyə və Suriyanın dialoqunu alqışlayırıq

İran: Türkiyə və Suriyanın dialoqunu alqışlayırıq

“Suriya və Türkiyənin danışıqlarına görə məmnunuq və bunu alqışlayırıq. Hesab edirik ki, bu dialoq hər iki ölkəyə faydalıdır.”

Az.rasthaber.com xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan livanlı həmkarı Abdullah Bu-Habiblə birgə Beyrutda keçirilən mətbuat konfransında deyib.

Abdullahiyan Suriya və Türkiyə arasında əlaqələrin normallaşdırılması ilə bağlı sualı cavablandırarkən qeyd edib ki, ölkəsi bu dialoqdan məmnundur və onu alqışlayır.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu son açıqlamasında suriyalı həmkarı ilə görüşün fevralın əvvəllərində baş tuta biləcəyini deyib.

Xəbəri paylaş

VİDEOLAR