"Tramp rejiminin insanlığa verdiyi zərər bu rejimin ekstremistləri baxımından yetərli deyil".
Rasthaber Azərbaycan xəbər verir ki, bunu İran XİN başçısı Məhəmməd Cavad Zərif özünün tvitter səhifəsində yazıb.
"[Yəməndə] humanitar kabusun pisləşməsinə səbəb olan ABŞ tərəfindən Husilərin terrorizm siyahısına salınması və bu rejimin utanc verici son günlərində Pompeonun davakarlığ ilə İrana qarşı yalanları, barışıq üçün tamamilə laqeyd olmağı göstərir. Onlar olmasaydı yer üzü daha yaxşı olardı", -deyə o qeyd edib.