Film iki gün televiziyadan yayımlanacaq
Rasthaber Azərbaycan xəbər verir ki, İranın "Səhər" Televiziya kanalında Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azadlığı uğrunda gedən 44 günlük müharibə mövzusunda sənədli film hazırlanıb.
“Çətin günün dostu” adlı bu filmdə 2-ci Qarabağ müharibəsi dövründə İran İslam Respublikasının tutduğu mövqe, Azərbaycan Respublikasına dəstək istiqamətində atdığı addımları öz əksini tapır.
İslam inqilabının rəhbəri Ayətullah Xameneinin Qarabağ diskursiyası əsasında reallaşan İranın Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə və 44 günlük müharibə dövründə Azərbaycanın haqlı mübarizəsinə verdiyi dəstəyə rəsmi Bakıdan göstərilən münasibət də bu sənədli filmdə diqqət mərkəzində saxlanılıb.
4 hissədən və hər hissəsi 30 dəqiqədən ibarət olan “Çətin günün dostu” sənədli filmi noyabr ayının 9 və 10-da "Səhər"in Azərbaycan dilli telekanalından efirə veriləcək.