İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kenani dünən Suriyada törədilən terror aktını pisləyib.
Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Suriyanın paytaxtı Dəməşqdə motosikletə yerləşdirilən bombanın partlaması nəticəsində 6 nəfərin həlak olması ilə bağlı Suriya xalqına və hökumətinə başsağlığı verib.
Sözçü Kənani terror aktını qətiyyətlə pisləyərək deyib:
“Beynəlxalq ictimaiyyətin səssizliyi sionist rejim və ABŞ-ın dəstəklədiyi terror təşkilatlarının belə cinayətlər törətməsinə səbəb olub”.
Kənani Suriya hökuməti və xalqının terrorla mübarizəsinə toxunaraq vurğulayıb ki, sionist rejimin Suriyaya qarşı hər cür hücumları pislənilməli və bu ölkəyə qarşı sanksiyalar ləğv edilməlidir.