İran Süleymaniyə qarşı terrorda əli olan 51 nəfərə sanksiya tətbiq edib

İran Süleymaniyə qarşı terrorda əli olan 51 nəfərə sanksiya tətbiq edib

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Robert Obrayen də bu siyahıya daxil edilib.

Rasthaber Azərbaycan “Oxu.az”-a istinadən xəbər verir ki, İran hökuməti general Qasım Süleymaniyə qarşı sui-qəsddə iştirakı olan 51 ABŞ vətəndaşına qarşı sanksiyalar tətbiq edib.

Qeyd olunub ki, sözügedən şəxslər Qasim Süleymaniyə qarşı sui-qəsdlə bağlı qərar verən, planlaşdırma aparan, təşkil edən, maliyyələşdirən, dəstək verən və ya rəhbərlik edən şəxslərdir.

Siyahıya o cümlədən ABŞ qərargah rəisləri komitəsinin sədri Mark Milli və ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Robert Obrayen da daxil edilib.

Xəbəri paylaş

VİDEOLAR