İran Səudiyyə ilə bağlı MAGATE-yə sorğu göndərdi

İran Səudiyyə ilə bağlı MAGATE-yə sorğu göndərdi

İranlı rəsmi bu sorğusunu Səudiyyə Ərəbistanının uran oksidi istehsalı fabriki inşa etmək planının üzə çıxmasından sonra göndərib.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İranın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Kazım Qəribabadi Beynəlxalq Atom Enerjisi Agentliyini (MAQATE) Səudiyyə Ərəbistanının gizli nüvə proqramının şəffaf araşdırmasını aparmağa və agentlik üzvlərinə hesabat təqdim etməyə səsləyib.

İranlı rəsmi bu sorğusunu Səudiyyə Ərəbistanının uran oksidi istehsalı fabriki inşa etmək planının üzə çıxmasından sonra göndərib.

Səudiyyə Ərəbistanının olduqca qeyri-şəffaf nüvə proqramı həyata keçirdiyini qeyd edən Qəribadabi deyib ki, ər-Riyad Nüvə Silahlarının Qarşısının Alınması Müqaviləsi (NSQAM) üzvü olsa da və zəmanətə dair agentliklə hərtərəfli ikitərəfli sazişi həyata keçirsə də, krallıq Agentliyin zəmanət üzrə inspeksiyasını qəbul etməkdən imtina edir.

O əlavə edib ki, Səudiyyə Ərəbistanının uran oksidi istehsalı üçün araşdırma reaktoru yoxdur və deyib ki, bu məsələ, Səudiyyə Ərəbistanının nüvə sahəsindəki gizli fəaliyyəti və MAQATE inspektorlarını qəbul etməkdən imtinası ilə yanaşı, həmçinin onların regiondakı sabitliyi pozan fəaliyyəti ölkədə nüvə silahının yaradılması istiqamətində gizli proqramın olması ilə bağlı narahatlığa səbəb olur.

Xəbəri paylaş

VİDEOLAR