İran silahlı qüvvələri yaxın gələcəkdə səsdən sürətli raketlərin istehsalına başlamağı planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin komandanı Hüseyin Xanzadi bildirib.
H.Xanzadinin sözlərinə görə, yaxın gələcəkdə, sürəti səs sürətindən bir neçə dəfə daha yüksək olan yeni turboventilyatorlu mühərrikləri olan raketlərin istehsalı gündəmdə olacaq.
Qeyd edək ki, iyunun 18-də İranın Hərbi Dəniz Qüvvələri orta və qısa məsafəli kruiz raketlərini uğurla sınaqdan keçirdi.