İran “Əsrin razılaşması” haqda: ABŞ və İsrail istəklərinə çata bilməyəcək

İran “Əsrin razılaşması” haqda: ABŞ və İsrail istəklərinə çata bilməyəcək

İran tərəfi Trampın "Əsrin razılaşması" planına qarşı çıxış ediblər.

Rasthaber Azərbaycan "eastnews"a istinadən xəbər verir ki, İran tərəfi Trampın "Əsrin razılaşması" planına qarşı çıxış ediblər.

İranın İslami Şura Məcisinin rəsmisi Hüseyn Əmir Abdullahiyan "Əsrin razılaşması" ilə bağlı açıqlama verib.  

Hüseyn Əmir Abdullahiyan açıqlamasında vurğulayıb ki, bu razılaşma işğalçı İsrail rejiminin sonuna çatmasına səbəb olacaq.  

"İran İslam Respublikası daima Fələstin xalqının yanındadır. Bəyan edirəm ki, biz heç bir razılaşmanı tanımayacağıq və beynəlxalq formada da tanınmasına qarşı çıxacağıq", - deyə Hüseyn Əmir diqqətə çatdırıb.  

O, qeyd edib ki, ABŞ bu razılaşma ilə qanunsuz İsrail rejimini dünyaya qanuni dövlət olaraq tanıtmağa çalışır. 

İranın İslamı Şura Məclisinin sədri Əli Laricani də "Əsrin razılaşması"ndan danışıb.  

Əli Laricani bu razılaşmanın qeyri qanuni olduğunu və beynəlxalq ictimaiyyət tərəfindən qınanılmasını istəyib.  

Sədr İranın bu barədə Fələstin xalqının yanında olduğunu xatırladıb.  

"Amerika terror dövləti və sionist İsrail rejimi istəklərinə çata bilməyəcəklər. Etmək istədikləri şey onlara baha başa gələcək", - deyə Əli Laricani diqqətə çatdırıb.  

O, qeyd edib ki, ABŞ və işğalçı İsrail rejiminin bu addımı atmasına səbəb müsəlmanların bu gün ixtilaf halında olmalarıdır. 

Xəbəri paylaş

VİDEOLAR