İran: Sionistlər İslam və Ərəb dünyasının ən böyük düşmənidir

İran: Sionistlər İslam və Ərəb dünyasının ən böyük düşmənidir

İran Ali Milli Təhlükəsizlik Şurasının Katibi Əli Şəmxani sionist rejimi İslam və Ərəb dünyasının ən böyük düşməni adlandırıb.

İran Ali Milli Təhlükəsizlik Şurasının Katibi, İranın Səudiyyə Ərəbistanı ilə danışıqlarda fəal iştirakının İran İslam Respublikasının qonşu dövlətlərlə dostluq və əməkdaşlıq çərçivəsində prinsipial fəaliyyət strategiyasına əsaslandığını, sionist rejimi İslam və Ərəb dünyasının ən böyük düşməni olaraq gördüyünü bildirib.
 
Az.rasthaber.com xəbər verir ki, İran Ali Milli Təhlükəsizlik Şurasının Katibi Əli Şəmxani İran ilə Səudiyyə Ərəbistanı arasında aparılan danışıqlara toxunaraq, Məhəmməd bin Salmanın sionist rejimlə əlaqələri haqqındakı açıqlamaları ilə bağlı twitter-də paylaşım edib:
 
"İraqda keçirilən görüşlərdə İranın Səudiyyə Ərəbistanı ilə danışıqlarda fəal iştirakı, İran İslam Respublikasının qonşu dövlətlərlə dostluq və əməkdaşlıq çərçivəsində prinsipial fəaliyyət strategiyasına əsaslanır".
 
Xatırladaq ki, indiyə qədər İraqın ev sahibliyi ilə İran və Səudiyyə Ərəbistanı arasında danışıqların dörd raundu keçirilib.
 
Qeyd edək ki, Səudiyyə vəliəhdi Məhəmməd bin Salman İran ilə mehriban qonşuluq çərçivəsində əlaqələr qurmaq istədiyini bildirərək, İsraili də düşmən olaraq görmədiklərini və gələcəkdə İsrailin Səudiyyə ilə müttəfiq ola biləcəyini bəyan edib. 

Xəbəri paylaş

VİDEOLAR