İran: Sionist rejimin kiçik səhvinə cavab olaraq Xayfa və Tel-Əvivi yerlə yeksan edərik!

İran: Sionist rejimin kiçik səhvinə cavab olaraq Xayfa və Tel-Əvivi yerlə yeksan edərik!

İsrail tərəfinin İranı təhdid etməsinə İrandan ardıcıl cavablar gəlməkdədir

Rasthaber Azərbaycan xəbər verir ki, İran Ordusunun Qərargahının sözcüsü Əbəlfəzl Şikarçı "İsrailin İrana qarşı kiçik bir xətasını görsək, həm İrana hücum etmək üçün hazırlanan raketlərini vurarıq, həm də mümkün olan ən qısa zamanda Xayfa və Tel-Əvivi yox edərik.", -deyə bildirib.
 
General mayor İsrail Ordusunun Qərargah rəisi Aviv Koçavinin İrana qarşı son təhdidlərini psixolojik müharibə adlandıraraq deyib: "Onlar İran Silahlı Qüvvələrinin gücünü hələ anlamayıblar."
 "Bu gün Sionist rejimin çökməsi gündəmdədir, bu rejim çökməlidir və həqiqətən Müsəlman Ümmətə çox böyük zərərlər verən bölgədəki bu xərçəng şişinin çökməsi vacibdir.", -deyə Şikarçı əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR