İran: Sionist rejimin İslam dünyasına nüfuz etməsinin qarşısı alınmalıdır

İran: Sionist rejimin İslam dünyasına nüfuz etməsinin qarşısı alınmalıdır

İran İslam Respublikasının İslam Əməkdaşlıq Təşkilatındakı nümayəndəsi İƏT-dən sionist rejimin İslam dünyasına nüfuz etməsinin qarşısını almasını istəyib.

Az.rasthaber.com xəbər verir ki, İranın İƏT nümayəndəsi, Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadənin çərşənbə günü İslamabadda keçirilən İƏT Xarici İşlər Nazirlərinin 48-ci Zirvə Toplantısındakı çıxışı diqqət çəkib:
"Qərbi Asiya regionundakı təhlükəsizlik və qeyri-sabitlik Fələstin böhranı və Fələstin ərazilərinin sionistlər tərəfindən mütəşəkkil şəkildə işğalı ilə bağlıdır ki, bu da beynəlxalq sistemin ən uzun və ən mürəkkəb böhranı kimi qələmə verilə bilər.
İslam Əməkdaşlıq Təşkilatının qurucu üzvlərindən birinin nümayəndəsi kimi, bu təşkilatın təməlinin Fələstin məsələsinə əsaslandığını və buna görə də bütün fələstinlilərin öz ata-baba torpaqlarına qayıtmalı olduğunu bəyan etməyə ehtiyac görmürəm.
Qüdsdə müstəqil Fələstin dövlətinin yaradılması işlərimizdə öncəlik olaraq qalmalı və bu ali məqsədə nail olmaq bütün fəaliyyətlərimizin mərkəzində olmalıdır. 
İsrailin və onun əsas dəstəkçisi Amerikanın İslam ölkələri ilə normallaşma istiqamətində müstəmləkəçilik siyasətləri, təşkilata üzv olan bəzi dövlətlər tərəfindən müsbət qarşılanıb. Bu isə İslam ümmətinin birliyi və rifahı üçün narahatedici təhlükədir.
Bütün fələstinlilərin öz vətənlərinə qayıtması və daimi paytaxtı Müqəddəs Qüds olan müstəqil Fələstin dövlətinin yaradılması, bundan sonra da əsas prioritet kimi qəbul edilməli və bu ali məqsədə çatmaq hər şeydən əvvəl gəlməlidir.
İran, Əfqanıstan xalqını tam dəstəkləyərək və onlarla həmrəy olmaqla yanaşı, müvəqqəti administrasiyanı inklüziv hökumət formalaşdırmağa, qadın və uşaqların hüquqlarına hörmət də daxil olmaqla beynəlxalq səviyyədə tanınmış öhdəliklərini yerinə yetirməyə çağırır.
İran Suriya xalqının tam təhlükəsizliyi və rifahının təmin edilməsi zərurətini dəstəkləməklə yanaşı, sionist rejimin Suriyaya hərbi hücumlarını qətiyyətlə pisləyir.
İran həmişə təşkilata üzv dövlətlərlə mübahisələrin və problemlərin dialoq və dinc üsullardan istifadə etməklə həllini dəstəkləyib.
İslam ümmətinin parlaq gələcəyə və firavanlığa nail olması ancaq müsəlmanlar və İslam ölkələri arasında birliyin, yaxınlaşmanın və iştirakın artması ilə mümkündür. Bu məsələyə İslam Əməkdaşlıq Təşkilatı İslam dünyasının ən mühüm strateji hədəfi kimi baxmalıdır. İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin iqtisadi və ticarət əməkdaşlığının, infrastrukturunun gücləndirilməsi bu gün İslam ölkələrinin ehtiyacıdır. İran İslam Respublikası bu əməkdaşlığı dəstəkləməklə yanaşı, hesab edir ki, bu işin son məqsədi öz üzvlərinin inklüziv iştirak və qarşılıqlı fayda əsasında davamlı inkişafına töhfə verməkdir".
 
 
 

Xəbəri paylaş

VİDEOLAR