İran silahlı qüvvələri nə vaxta qədər Suriyada qalacaq?

İran silahlı qüvvələri nə vaxta qədər Suriyada qalacaq?

Bu barədə İran XİN başçısının baş müşaviri Əli-Əsğər Haci məlumat verib.

 Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Suriya hökməti və Suriya xalqının istəyi olduğu müddətcə İran bu ölkədəki mövcudluğunu saxlayacaq.

Bu barədə İran XİN başçısının baş müşaviri Əli-Əsğər Haci məlumat verib.

“Biz qoşunlarımızın çıxarılması ilə bağlı heç bir mesaj almamışıq. Biz Suriya hökumətinin xahişi əsasında Suriyadayıq, hərbi konsultasiyalar veririk və Suriya xalqı və Suriya hökuməti bunu istədiyi müddətcə bunu etməyə davam edəcəyik”, – deyə o bildirib.

İranlı rəsmi qeyd edib ki, Suriya ərazisinə qeyri-qanuni şəkildə daxil olaraq onun torpaqlarını işğal edənlər Suriyanı tərk etməlidirlər.

“Suriya ərazisi milli suverenlik və orada təhlükəsizliyi təmin edən Suriya hökumətinin nəzarəti altında olmalıdır”, – deyə o əlavə edib.

Əli-Əsğər Haci deyib ki, İran qüvvələrinin Suriyadakı mövcudluğunun səbəbi “İŞİD və terror təşkilatları ilə mübarizədir, amma əgər sionist rejimi “qırmızı xətti keçmək” istəsə, qəti cavabla üzləşəcək”.

Xəbəri paylaş

VİDEOLAR