“Onlar başqa yerdə deyil, öz yataqlarında narahat olsunlar. Səyyad Xudaiyə hücum edən üçüncü tərəfin kim olduğu məlumdur. Onlar ağrılı və qəti cavabı alacaqlar.”
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib.
Bu gün Tehranda keçirilən mətbuat konfransında İsrailin İranın qonşularına getmiş və ya getmək istəyən vətəndaşlarına intensiv çağırış etməsinə münasibət bildirən Xəribzadə deyib ki, Səyyad Xudayini qətlə yetirənlər başqa yerdə deyil, öz yataqlarında narahatlıq keçirsinlər.
Xətibzadə əlavə edib ki, İran aparılan araşdırmalar nəticəsində terroru həyata keçirən üçüncü tərəfin kimlər olduğunu müəyyənləşdirib.
Qeyd edək ki, İsrail Kəşfiyyatı vətəndaşlarını İranla qonşu olan ölkələrə, xüsusilə də Türkiyəyə səfərə getməməyə çağırıb və bu ölkədə olan təqribən 40 min vətəndaşından yüzü barədə onların dərhal geri dönmələri üçün xüsusi tapşırıqlar verib.