İranın Bağdaddakı səfiri Məhəmməd Kazım Əl-Sadiq İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ilə görüşüb.
Az.rasthaber.com xəbər verir ki, görüş zamanı İran və İraq arasında müxtəlif sahələrdə birgə əməkdaşlıq və ticarət əlaqələrinin gücləndirilməsi yolları müzakirə edilib.
Görüş zamanı ziyarətçilərin Kərbəlaya səfərinin asanlaşdırılması, Ərbəin ziyarəti tədbiri ilə bağlı birgə koordinasiya məsələsi də gündəmə gətirilib.
İraqın baş naziri Məhəmməd Şia əl-Sudani İraqın regionun təhlükəsizliyi, sabitliyi və davamlı inkişafı ilə bağlı sabit yanaşmasını vurğulayıb.