İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü, ABŞ sanksiyalarının ləğvindən sonra , İslam İnqilabının Rəhbərinin dediyi kimi, kompensasiya tədbirlərini dayandıracağını vurğulayıb
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə "Əl-Əxbariyyə" kanalı ilə müsahibəsində bu barədə danışıb.
O "ABŞ sanksiyalarının ləğvindən sonra İslam İnqilabının Aliməqamlı Rəhbəri Həzrət Ayətullahül-üzma Xameneinin də dediyi kimi İranın kompensasiya tədbirləri dayandırılacaq.", -deyə bildirib.
Xatibzadənin sözlərinə görə, Əhatəli Müştərək Təşəbbüs Proqramı zəminində təsdiqetmə orqanı Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) əsaslanır.
Xatibzadə, İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif-in dəfələrlə bildirildiyi kimi, ABŞ-ın BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə əsasən son öhdəliklərinə əməl etməməsi və ƏMTP-na qayıtması ilə bağlı mövqeyinin açıq olduğunu əlavə edib.