İran "Şahab" adlı yeni PUA-nın təqdimatını edib

İran

İran "Şahab" adlı yeni pilotsuz uçuş aparatının (PUA) təqdimatını edib.

Az.rasthaber.com xəbə verir ki, “Şahab” adlı yeni dron "Safir" təlim pilotsuz uçuş aparatının təkmilləşdirilmiş versiyasıdır.

“Şahab” bu gün ilk dəfə İran Hərbi Hava Qüvvələrinin sərgisində nümayiş etdirilib.

Bu PUA kəşfiyyat qabiliyyətinə, 11 min fut (red-0,3048 metr) uçuş hündürlüyünə, 8 saat uçuş müddəti, 200 km məsafədə kəşfiyyat missiyası üçün uçuş radiusunu artırmaq qabiliyyətinə malikdir.

Həmçinin bu dronun uçuş, eniş və qalxma zamanı tarazlığını qorumaq üçün onun qanadlarının ucu “V” forması şəklində işlənib.

Xəbəri paylaş

VİDEOLAR