“İran və Rusiya Ukrayna müharibəsindən öncə də yeni texnologiyalar üzrə əməkdaşlıq edirdi. Son dövrdə hər hansı bir yeni dəyişiklik olmayıb. ABŞ və Avropanın özü Asiyanın qərbini silah anbarına çeviriblər.”
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani deyib.
“İran İslam Respublikası ilə Rusiya Federasiyası arasında bəzi müasir texnologiyalar sahəsində əməkdaşlıq tarixi Ukrayna müharibəsindən əvvələ gedib çıxır və son vaxtlar bu əlaqələrdə xüsusi inkişaf müşahidə olunmur. İran İslam Respublikasının Ukraynadakı müharibə ilə bağlı mövqeyi kifayət qədər aydındır və dəfələrlə rəsmi şəkildə bəyan edilib”, deyə Kənani bildirib.
Kənani ABŞ və Avropanın silah satmaqla bağlı siyasəti haqda deyib:
"Amerika rəsmisinin iddiası elə bir halda irəli sürülür ki, ABŞ və avropalılar illərdir işğalçı və təcavüzkar dövlətləri, o cümlədən Qərbi Asiya regionunu öz müxtəlif ölümcül silahlarının anbarına çeviriblər, əgər bu silahlar olmasaydı, sionist rejiminin yetmiş ildən çox davam etdirdiyi İşğal siyasəti baş tuta bilməzdi."