İran Rusiyanın koronavirusa qarşı vaksinini qeydiyyatdan keçirdi

İran Rusiyanın koronavirusa qarşı vaksinini qeydiyyatdan keçirdi

Rusiyanın koronavirusa qarşı istehsal etdiyi “Sputnik-V” vaksini İranda qeydiyyatdan keçdi.

Rasthaber Azərbaycan “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

Onun sözlərinə əsasən, İslam Respublikası “Sputnik-V” vaksinini alacaq, eyni zamanda yaxın zamanlarda Rusiya ilə birlikdə onun istehsalına  başlayacaq.

Qeyd edək ki, bir neçə gün öncə İranın Ali dini lideri ayətullah Xamenei ABŞ və Böyük Britaniyadan ölkəyə COVID-19 vaksinlərinin gətirilməsinə qadağa qoymuşdu.

Dünən isə İranın səhiyyə naziri bu qadağanın bütün xarici vaksinlərə aid olmadığını söyləmişdi.

Xəbəri paylaş

VİDEOLAR