İran Rusiyadan qırıcılar ala bilər.
Az.rasthaber.com “MehrNews”-a istinadən xəbər verir ki, İran və Rusiya 2022-ci ilin yanvar ayında təhlükəsizlik və müdafiə sahəsindəki əməkdaşlığa dair 20 illik 10 milyard dollarlıq saziş imzalayacaq.
Müqaviləyə Su-35 qırıcıları, S-400 ZRK və peyklərin alışı daxil olacaq.
Məlumata əsasən, saziş çərçivəsində azı 24 ədəd Su-35 SE ağır qıcısının alışı baş tutacaq. Bu təyyarələrin əksəriyyətinin artıq hazır olduğu qeyd edilib.