İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi İngiltərənin xarici işləri naziri ilə telefon danışığında sionist rejimə hərbi və siyasi dəstəyini dayandırmağa çağırıb.
Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, iranlı nazir vurğulayıb ki, İran öz ərazi bütövlüyünü və milli suverenliyini müdafiə etmək üçün özünəməxsus və qanuni hüququndan istifadə etməkdən çəkinməyəcək.
İngiltərənin xarici işlər naziri Devid Lammi 27 oktyabr 2024-cü il bazar günü gecə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə bölgədəki son hadisələrlə bağlı telefon danışığı aparıb.
Əraqçi sionist rejimin İranın bir neçə hərbi və müdafiə mərkəzinə qarşı təcavüzkar hərəkəti ilə bağlı ölkəmizin mövqelərini açıqlayarkən, sionist rejimə verilən hərbi və siyasi dəstəyin dayandırılmasını tələb edib və vurğulayıb: İran İslam Respublikası beynəlxalq hüququn qəbul edilmiş prinsipləri və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi əsasında öz ərazi bütövlüyü və milli suverenliyini müdafiə etmək üçün özünəməxsus və qanuni hüququndan istifadə etməkdən çəkinməyəcək.
Xarici işlər naziri həmçinin beynəlxalq ictimaiyyətin, xüsusilə də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının sionist rejimin Qəzza və Livandakı cinayətlərinin davamı olan təcavüzkar hərəkətini pisləmək üçün təcili addım atmasının vacibliyini vurğulayıb. O, İsrail rejiminin liderlərini məsuliyyətə cəlb etmək, Qəzza və Livanda soyqırım və qətllərə son qoymaq üçün təcili tədbirlər görülməsini tələb edib.
İngiltərənin xarici işlər naziri Devid Lammi də bu telefon danışığında bölgədəki gərgin şəraitə toxunaraq, gərginliyin azaldılması və regionda müharibə və qeyri-sabitliyin yayılmasının qarşısının alınması üçün hazırkı səylərin nəticələrinə nail olmaq üçün bütün tərəflərin təmkinli olmasının vacibliyini vurğuladı.