İsrail tərəfi açıqlama verməyib
Rasthaber Azərbaycan "İslamazeri.com"a istinadən xəbərinə görə, bu barədə İraq mediası xəbər verib.
Məlumata görə, İraq Kürdüstanında, Ərbildə yerləşən İsrailin iki hərbi bazası raket zərbəsilə vurulub.
Qeyd olunur ki, bazanın hədəfə alınmasında Fateh110 raketlərindən istifadə edilib.
İran mediası da məlumatı təsdiqləyir.
İsrail mediası isə hücumun baş verdiyini, lakin Mossada aid olub-olmaması haqda məlumat vermir.
Həmçinin hücum zamanı vurulan ziyan və tələfat haqqında məlumat verilməyib.
Bəzi KİV isə hücumun ABŞ hərbi bazalarına olduğunu bildirir.
Qeyd edək ki, İsrail Suriyada İranın hərbi məsləhətçilərini bir neçə müddət əvvəl sui-qəsdlə qətlə yetirmişdi, hücumun da məhz qisas xarakterli olduğu ehtimal olunur.