İran Qəzzada Yunan kilsəsinin bombalanmasını pisləyib

İran Qəzzada Yunan kilsəsinin bombalanmasını pisləyib

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani sosial media X platformasındakı paylaşımında sionist rejimin Qəzzada Rum Pravoslav Kilsəsinə hücumunu pisləyib.

Az.rasthaber.com xəbər verir ki, Kənaninin paylaşımında bu ifadələr yer alıb:

Qəzzada Əl-Əhli xəstəxanasına edilən hücum və fələstinli vətəndaşların sığındığı məscidlərə saysız-hesabsız hücumlardan sonra sionist rejim əsasən qadın və uşaqların, həmçinin minə yaxın insanın sığındığı Yunan kilsəsini bombalayıb. Bu hücumda onlarla insan şəhid olub və yaralanıb. Bu qətllə sionist rejim və onun siyasi, hərbi və təhlükəsizlik rəhbərlərinin hərbi cinayətləri və insanlığa qarşı cinayətləri tarixinə daha bir qara və biabırçı səhifə əlavə olundu.

Xəstəxanalara, məscidlərə və kilsələrə edilən bu hücumlar göstərir ki, qəsbkar sionist rejimi nəinki heç bir insani, əxlaqi və dini prinsip və dəyərlərə, eyni zamanda beynəlxalq standart və qaydalara da sadiq deyil.

Bu dəhşətli cinayət insan vicdan məhkəməsi və bütün dinlər tərəfindən pislənilir.

Bu dəhşətli qətlləri sənədləşdirmək və səlahiyyətli beynəlxalq məhkəmələrə təqdim etmək, sionist cinayətkarları və onların tanınmış tərəfdarlarını cəzalandırmaq beynəlxalq məsuliyyətdir.

Sionist rejimi qeyd-şərtsiz dəstəkləyən ABŞ və bəzi Avropa ölkələrinin məsuliyyətini sionist rejim və onun qatil rəhbərlərinin beynəlxalq məsuliyyətlərindən ayırmaq olmaz”.

Xəbəri paylaş

VİDEOLAR