İran: Qəzza xalqını ABŞ və sionist rejimdən xilas etmək üçün təcili tədbirlər görülməlidir!

İran: Qəzza xalqını ABŞ və sionist rejimdən xilas etmək üçün təcili tədbirlər görülməlidir!

İran Xarici İşlər Nazirliyinin sözçüsü Kənani deyib: “Beynəlxalq ictimaiyyət Birləşmiş Millətlər Təşkilatı və Təhlükəsizlik Şurasını ABŞ və sionist rejimdən xilas etmək üçün təcili tədbir görməlidir”.

Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani X sosial media hesabında bunları paylaşıb:

“Sionist rejimin Qəzza zolağında vəhşiliyi bütün dünyanın gözü qarşısında davam edərkən, beynəlxalq məclislər Qəzza zolağına qarşı 167 gün ardıcıl müharibədən sonra hələ də səssiz qalır və yalnız öz fikirlərini ifadə etməklə kifayətlənirlər.

Qəzza zolağına qarşı müharibə başlayandan indiyədək 31 min 923 fələstinli şəhid olub, 74 min 96 nəfər isə yaralanıb. Onların 72 faizindən çoxu qadın və uşaqlardır.

Bu günlərin üzücü xəbərlərindən biri də Qəzzada Şifa xəstəxanasının dördüncü gündür ki, sionist işğalçı ordu tərəfindən mühasirəyə alınmasıdır. Bu rejimin əsgərləri bu səhər Şifa xəstəxanasının ixtisaslaşdırılmış klinikasını partladıb tamamilə yerlə-yeksan etdilər!

Bütün bu açıq və ehtiyatsız vəhşiliyi beynəlxalq ictimaiyyətə izah etmək üçün tarixin dili kifayət etmir.

Bu vəhşiliyi dəstəkləyənlər və buna səssiz qalanlar özlərindən utanmalı, beynəlxalq ictimaiyyət Birləşmiş Millətlər Təşkilatı və Təhlükəsizlik Şurasını ABŞ və sionist rejimdən xilas etmək üçün təcili tədbirlər görməlidir”.

Xəbəri paylaş

VİDEOLAR