İran: Qəzza günahsız insanların qəssabxanasına çevrilib

İran: Qəzza günahsız insanların qəssabxanasına çevrilib

İran xarici işlər nazirinin müavini Əli Baqiri sionist rejimin Qəzzada törətdiyi cinayətlərin dayandırılmasını istəyib.

Az.rasthaber.com xəbər verir ki, İran xarici işlər nazirinin müavini Əli Baqiri X sosial media hesabında bunları paylaşıb:

"Dohada Qətər xarici işlər nazirinin müavini Məhəmməd bin Əbdüləziz əl-Xəlifi ilə Qəzzadakı son vəziyyəti müzakirə etdim. Bu görüşdə Qətərə Qəzzada soyqırımı dayandırmaq üçün göstərdiyi səylərə görə təşəkkür etdim. Soruşdum ki, sionistlər tərəfindən Amerika silahları ilə qətlə yetirilən Qəzzəli qadın və uşaqlar hansı məhkəmədə bu cəzaya məhkum ediliblər?".

Baqiri yazısına davam edərək deyib:

"Qərb hüquq müdafiəçisi olduğunu iddia edənlərə bildirilməlidir ki, Qəzza siyasət və diplomatiya emalatxanası deyil, günahsız insanların qəssabxanasıdır. Soyqırımı dayandırmaq humanitar bir öhdəlikdir".

Xəbəri paylaş

VİDEOLAR