İran, Qətər və Küveyt Hindistana etiraz notası verib

İran, Qətər və Küveyt Hindistana etiraz notası verib

Hindistanın Tehrandakı səfiri Hindistan teleşouların birində Məhəmməd Peyğəmbərin təhqir edilməsinə görə İran İslam Respublikasının sərt etirazını qəbul etmək üçün Cənubi Asiya baş direktoru tərəfindən Xarici İşlər Nazirliyinə çağırılıb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Hindistanın İrandakı səfiri təəssüfləndiyini bildirib və İslam Peyğəmbərinə qarşı hər hansı təhqiri qəbuledilməz adlandırıb.

Hindistanın hakim Bharatiya Janata Partiyası Məhəmməd Peyğəmbər haqqında söylədiyi təhqiramiz fikirlərə görə beynəlxalq etirazlardan sonra partiyanın iki üzvünə sanksiya tətbiq edib.

"Hindustan Times" xəbər verir ki, BJP-nin sözçüsü Nupur Şarma, televiziya debatları zamanı verdiyi şərhlərə görə əsas partiya üzvlüyündən kənarlaşdırılıb, Dehlidə media şöbəsinin rəhbəri Navin Kumar isə xaric edilib. 

BJP bəyanatında bütün dinlərə hörmət etdiyini və "hər hansı dinin, hər hansı bir din xadiminin təhqir edilməsini qətiyyətlə pislədiyini" bildirib.

İranla yanaşı Qətər və Küveyt də Hindistan səfirini çağıraraq ona etiraz notası təqdim edib.

Xəbəri paylaş

VİDEOLAR