İran qonşu ölkələrin inkişafını öz inkişafı hesab edir - Xətibzadə

İran qonşu ölkələrin inkişafını öz inkişafı hesab edir - Xətibzadə

Qonşu ölkələrin ərazi bütövlüyü İran üçün hər bir məsələdən daha önəmlidir.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi  Səid Xətibzadə Tehranda keçirdiyi brifinqdə bildirib ki, regional əməkdaşlıq sülh və stabilliyin əsasıdır. Hazırda baş verən proseslər kollektiv əməkdaşlığa çevrilməlidir. Yeganə yol kollektiv əməkdaşlıqdır.

Xətibzadə əlavə edib ki, İran qonşu ölkələrin inkişafını öz inkişafı hesab edir. Bütün qonşular inkişaf, sülh və stabilliyin kollektiv şəkildə mümkün olduğunu bilməlidirlər.

Xəbəri paylaş

VİDEOLAR