İran Qırmızı dənizdə ABŞ-ın iki pilotsuz üzən gəmisini ələ keçirib

İran Qırmızı dənizdə ABŞ-ın iki pilotsuz üzən gəmisini ələ keçirib

İran Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki kəşfiyyat qayığının ələ keçirilməsinin təfərrüatlarını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Qırmızı dənizdə təhlükəsizliyinin bərpası, dəniz quldurluğu və dəniz terrorizmi ilə mübarizə missiyası zamanı İran Hərbi Dəniz Qüvvələrinin “Camaran” gəmisi beynəlxalq daşıma marşrutunda məlumatların toplanması üçün əraziyə buraxılan bir neçə kiçik pilotsuz qayıq aşkar edib. 

Dəniz qəzasının baş verməməsi üçün təxirəsalınmaz tədbirlər görülüb. 

Lakin İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin gəmisi Qırmızı dənizdə kursunu dəyişdikdən sonra yenidən digər qayıqlarla üzləşib. Onları dayandırdıqdan sonra adı çəkilən pilotsuz qayıqları sərbəst buraxıb və ABŞ tərəfinə bu tip davranışlara son qoymaq və qayıqların istiqamətini dəyişməklə bağlı xəbərdarlıq edib. 

İran dövlət televiziyası xilasedici jiletlərdə olan dənizçilərin iki "Saildrone Explorer" pilotsuz qayığını yoxladıqlarına, daha sonra onlardan birini dənizə atdıqlarına dair görüntüləri nümayiş etdirib. Dövlət televiziyası İran donanmasının “beynəlxalq dəniz yollarına buraxılmış bir neçə pilotsuz casus gəmisi” tapdığını bildirib.

Saildrone Explorer günəşlə işləyən və dəniz trafikinə nəzarət etmək üçün avadanlıqla təchiz edilmiş pilotsuz yelkənli qayıqdır. O, ictimai sahədə mövcud olan texnologiyalarla təchiz edilmişdir. ABŞ Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, o zaman pilotsuz təyyarənin göyərtəsində heç bir məxfi məlumat olmayıb.

Xəbəri paylaş

VİDEOLAR