İran Qarabağ probleminin həlli üçün plan hazırlayıb - TƏFƏRRÜAT

İran Qarabağ probleminin həlli üçün plan hazırlayıb - TƏFƏRRÜAT

İranlı rəsmi həmçinin deyib ki, ATƏT-in Minsk qrupu Qarabağ probleminin həllində özünün qeyri-effektivliyini göstərdi.

Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, İran Qarabağ münaqişəsinin həlli ilə bağlı təşəbbüslə çıxış edib.

Bu barədə İran XİN başçısının müavini Abbas Ərakçi məlumat verib.

“Biz məsuliyyəti qəbul edirik və böhranı həll etməyə kömək edəcəyik“, – deyə o bildirib.

İranlı rəsmi qeyd edib ki, İranın təklifinin əsas məqsədi bu böhrana son qoymaqdır.

“İranın planının ən mühüm xüsusiyyəti onun regional yanaşmasındadır, digər bir xüsusiyyəti isə onun realizmidir“, – deyə diplomat vurğulayıb.

“Biz bu böhranın həlli üçün əsas rol oynayan region ölkələrinin iştirakı ilə regional yanaşma təklif etdik“, – deyə Ərakçi bildirib və Rusiyanın həmin ölkələr arasında olduğunu əlavə edib.

Onun sözlərinə görə, ilkin mərhələdə İran planı “region ölkələrinin işğala son qoyulması, ərazi bütövlüyünüə hörmət, suverenliyə hörmət, sərhədlərin sarsılmazlığı prinsipi, humanitar hüquqa və azlıqların haqlarına ehtiram, mülki əhaliyə və obyektlərə hücuma yol verilməmə kimi bir sıra prinsiplərə praktiki əməl etməsini nəzərdə tutur“.

İranlı rəsmi həmçinin deyib ki, ATƏT-in Minsk qrupu Qarabağ probleminin həllində özünün qeyri-effektivliyini göstərdi.

“Minsk qrupu artıq 30 ildir təşkil edilib, lakin o, bu problemin uzunmüddətli həll yolunu tapa bilməyib. Bu qrup öz effektivsizliyini göstərdi“, – deyə o, qeyd edib.

Ərakçi bəyan edib ki, “bu qrupun bəzi ölkələri ümumiyyətlə bu regionda yerləşmir və bu böhrana heç bir əlaqəsi yoxdur“.

“Bu qrupun qeyri-effektivliyi praktikada isbat edilib“, – deyə diplomat əlavə edib.

Xatırladaq ki, İran XİN başçısının müavini Qarabağ böhranının həlli üzrə Tehran təşəbbüsünün irəliləyişi məqsədi ilə Azərbaycan, Rusiya, Türkiyə və Ermənistana səfər edəcək.

Xəbəri paylaş

VİDEOLAR