İran PUA qüdrətini sanksiyalardan sonra üzə çıxardı - General

İran PUA qüdrətini sanksiyalardan sonra üzə çıxardı - General

İran İslam Respublikası Ordusunun baş komandanı deyib ki, maksimum sanksiya təzyiqi altında ordunun PUA qüdrəti meydana çıxıb.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, general-mayor Seyid Əbdorrəhim Musəvi çərşənbə günü İranın PUA gücündən danışıb.

O bildirib ki, İran İslam Respublikası Ordusu məxaric cəhətdən bütün dünya orduları arasında ən azxərcli ordudur.

" Düşmənin maksimum təzyiqi və olduqca sərt sanksiya şəraitində ordunun PUA qüdrəti üzə çıxaraq, özünü göstərdi."Məkran limanı" gəmisi, yerli "Kosər" qırıcısı, həmçinin quru döyüşü sahəsi üzrə təchizatlar, eləcə də hava hücumundan müdafiə və radar sistemləri- bütün bunların hamısı elə bu çətin günlərdə və sanksiyalar təzyiqində əldə olunub", -deyə Musəvi bildirib.

Xəbəri paylaş

VİDEOLAR