İran prezidenti Seyid İbrahim Rəisi sionist İsrailin blokada altındakı Qəzza zolağına davam edən hücumlarına reaksiya verərək deyib: "Fələstin məsələsi Qəzzanın dağıdılması ilə bitməyəcək".
Az.rasthaber.com xəbər verir ki, Fars vilayətində olan İran prezidenti Seyid İbrahim Rəisi Rüstəm şəhərinə səfər edib.
Rəisi burada ictimaiyyətə xitabən sionist İsrailin blokada altındakı Qəzza zolağına davam edən hücumlarına reaksiya verərək deyib:
“İsrail rejimi Qəzzada uşaqları qətlə yetirir. Amerika və onu dəstəkləyən ölkələr bu cinayətdə ortaqdırlar. Sionist rejimi dəstəkləyən ölkələr bilməlidirlər ki, onlar sionist rejimin cinayətlərində şərikdirlər. Bu hərəkətlərin Fələstin xalqının müqavimətinə və tələblərinə son qoyacağını düşünməyin.
Siz sionistlər Fələstin xalqına zülm etməklə ictimaiyyəti aldada bilməzsiniz. "İşğalçılar Qəzzanı dağıdıb, əhalisini qətlə yetirməyin əvəzini ödəyəcəklər".
İbrahim Rəisi ABŞ-a müraciət edərək deyib:
"Əfqanıstanda iyirmi illik işğaldan nə qazandınız? Əfqanıstanda dağıntıdan başqa nə qalıb? İnsanların həyatı məhv edildi, qadın və uşaqlar qətlə yetirildi. Qəddarlığın da öz həddi var; Fələstin xalqı da təngə gəlib".
İbrahim Rəisi daha sonra İsrailə xəbərdarlıq edib:
"Fələstin məsələsi Qəzzanın dağıdılması ilə bitməyəcək, Fələstin xalqı dünya xalqları ilə birlikdə sizdən hesab soruşacaq. Qəzzanı dəstəkləməyi öz vəzifəmiz kimi görürük".