Seyid İbrahim Rəisi ölkəsində keçirilən hərbi təlimləri dəyərləndirib
Rasthaber Azərbaycan IRNA-ya istinadən xəbər verir ki, İran prezidenti Seyid İbrahim Rəisi ölkəsində keçirilən “Böyük Peyğəmbər - 17” hərbi təlimlərini yüksək qiymətləndirib.
“Düşmənlərin istənilən düşməncəsinə hərəkəti İran İslam Respublikasının hərtərəfli və qəti cavabı ilə üzləşəcək”, -deyə İran prezidenti bildirib.
Rəisi deyib ki, İranın reaksiyası regiondakı strateji tarazlığı əhəmiyyətli dərəcədə dəyişdirəcək.