İran prezidenti Seyid İbrahim Rəisi Suriyanın xarici işlər naziri Feysəl Miqdad, iqtisadiyyat və xarici ticarət naziri Məhəmməd Samir Xəlil və rabitə və texnologiya naziri İyad Xətibdən ibarət nümayəndə heyətini qəbul edib.
Az.rasthaber.com xəbər verir ki, Tehrana işgüzar səfərə gələn Faysal Mikdad dünən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə də görüşüb.
Xatırladaq ki, İbrahim Rəisi Suriya prezidenti Bəşər Əsədin dəvəti ilə mayın 3-ü çərşənbə günü Suriyaya səfər etmişdi.
Rəisi 2011-ci ildə Suriyada başlayan vətəndaş müharibəsindən sonra ilk dəfə Dəməşqə səfər edən İran prezidenti oldu. İki günlük səfər zamanı bir çox sazişlər imzalanıb.