İran Prezidenti Səudiyyə Ərəbistanı Kralını Tehrana səfərə dəvət edib

İran Prezidenti Səudiyyə Ərəbistanı Kralını Tehrana səfərə dəvət edib

İran Prezidenti Səudiyyə Ərəbistanı Kralını Tehrana səfərə dəvət edib.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İran Prezidenti İbrahim Rəisi Səudiyyə Ərəbistanı Kralının dəvətini alıb və bunun müqabilində onu İrana səfərə dəvət edib: “Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud prezident İbrahim Rəisini Ər-Riyada səfərə dəvət etdikdən sonra prezident də yazılı cavab olaraq Səudiyyə Ərəbistanı kralını İrana səfərə dəvət edib”.

Sözçü qeyd edib ki, İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri də qarşılıqlı olaraq bir-birlərini səfərə dəvət ediblər.

Xəbəri paylaş

VİDEOLAR