Həsən Ruhani çıxışı zamanı bu haqda danışıb
Rasthaber Azırbaycan xəbər verir ki, İran prezidenti Həsən Ruhani iranlı nüvə fizika alimi Möhsün Fəxrizadənin qətlində İsraili ittiham edib.
“Şəhid Fəxrizadənin qətli düşmənlərimizin ümidsizliyini və onların nifrətlərinin dərinliyini göstərir”, – deyə o bildirib.
Ruhani qeyd edib ki, bu cinyət İranın nüvə sahəsinin inkişafını zəiflətməyəcək.
Xatırladaq ki, nüvə aliminə qarşı terror hücumu ötən gün Tehran şəhəri yaxınlığında törədilib.