İran Prezidenti İraqın Baş naziri ilə görüşüb

İran Prezidenti İraqın Baş naziri ilə görüşüb

BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu Yorka səfər edən İran prezidenti İbrahim Rəisi İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ilə görüşüb.

Az.rasthaber.com xəbər verir ki, görüş zamanı liderlər İran-İraq münasibətləri ilə yanaşı, iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığını dəyərləndiriblər.

Baş Assambleya bu il “etibarın bərpası və qlobal həmrəyliyin canlandırılması” mövzusu ilə keçirilir.

BMT-nin Baş katibi Antonio Quterreş dünən Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 78-ci sessiyasının açılış nitqi ilə çıxış edib.

Sentyabrın 26-da başa çatacaq görüşlərə 193 ölkənin dövlət və hökumət başçıları, nazirlər və nümayəndə heyətləri qatılıb.

Xəbəri paylaş

VİDEOLAR