İran prezidenti ilə İraqın xarici işlər naziri arasında görüş baş tutub

İran prezidenti ilə İraqın xarici işlər naziri arasında görüş baş tutub

İran prezidenti Seyid İbrahim Rəisi və İraq xarici işlər naziri (XİN) Fuad Hüseyn arasında görüş baş tutub.

Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, Rəisi İraqın xarici ölkələrin müdaxiləsi olmadan regional dövlətlər arasındakı əməkdaşlıqları yaxşılaşdırmaq təşəbbüslərini effektiv adlandırıb.

O, İran və Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin bərpası və möhkəmlədilməsinin regionun təhlükəsizliyi üçün faydalı olduğunu deyib.

İran prezidentinin sözlərinə görə, İraqda təhlükəsizlik və sabitliyin bərpası yalnız bu ölkədəki bütün siyasi qüvvələr arasındakı dialoq vasitəsilə konstitusiya əsasında və İraq xalqının problemlərinin həlli üçün yeni hökumətin formalaşdırılmasına dair razılığın əldə edilməsi məqsədilə mümkündür.

Rəisi həmçinin İraq ruhaniyyətinin bu münasibətlərdəki mühüm rolunu da vurğulayıb.

O, İraqın vasitəçiliyi ilə keçirilən İran və Səudiyyə Ərəbistanı arasındakı 5 raundluq danışıqları da faydalı adlandırıb.

İraq XİN başçısı da, öz növbəsində, İraqdakı sabitlik və təhlükəsizliyin bərqərar edilməsindəki dəstəyinə görə İrana öz təşəkkürünü bildirib və əlavə edib ki, rəsmi Bağdad Tehranla ər-Riyad arasındakı münasibətlərin yaxşılaşdırılmasındakı vasitəçiliyini davam etdirəcək.

Xəbəri paylaş

VİDEOLAR