İran prezidenti BMT Baş katibi ilə nüvə sazişini müzakirə edib

İran prezidenti BMT Baş katibi ilə nüvə sazişini müzakirə edib

İran prezidenti İbrahim Rəisi Nyu-Yorkda BMT baş katibi Antonio Quterreşlə görüşüb.

Az.rasthaber.com xəbər verir ki, Antonio Quterreş Baş Assambleyanın 77-ci sessiyası çərçivəsində İran prezidenti İbrahim Rəisi ilə görüşərək, onunla nüvə sazişini müzakirə edib.

Quterreş nüvə sazişini canlandırılmasının vacibliyini vurğulayaraq , “Birgə Hərtərəfli Fəaliyyət Planının” (nüvə sazişi) bərpası üçün daha çevik mövqelərin sərgilənməsini istəyib.

BMT-nin Mətbuat xidmətinin məlumatına görə, baş katib və İran prezidenti Yəmən və Əfqanıstan da daxil olmaqla ümumi maraq doğuran məsələləri müzakirə ediblər.

Quterreş İranı gərginliyi azaltmaq və regional təhlükəsizliyi gücləndirmək üçün qonşularını dialoqa çəkməyə davam etməyə çağırıb.

O, həmçinin İranda insan haqlarının vəziyyətindən narahat olduğunu bildirib.

Xəbəri paylaş

VİDEOLAR