İran prezidenti Afrika turuna çıxacaq

İran prezidenti Afrika turuna çıxacaq

İran prezidenti Seyid İbrahim Rəisi Keniya, Uqanda və Zimbabveli həmkarlarının dəvəti ilə sabah Afrika turuna gedəcək.

Az.rasthaber.com xəbər verir ki, İran prezidenti Seyid İbrahim Rəisi sabah Afrika turnesinə çıxır. Bu çərçivədə rəis Keniya, Uqanda və Zimbabveyə səfər edəcək.

Üç günlük Afrika turunun məqsədi səfər edilən dost ölkələrlə iqtisadi və diplomatik əlaqələri inkişaf etdirməkdir.

Prezident İbrahim Rəisi yüksək səviyyəli nümayəndə heyətinin rəhbərliyi altında 11 iyun bazar günü Venesuela, Nikaraqua və Kubanın da daxil olduğu Latın Amerikası turuna çıxıb.

Xəbəri paylaş

VİDEOLAR