İran İslam Şurası Məclisinin sədri Hindistanda müsəlmanların qırğın edilmələrindən narahatçılığını bildirib
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran İslam Şurası Məclisinin sədri Əli Laricani Yeni-Dehlidən istəyib ki, gərginliklərin dinc yolla üçün bütün imkanlardan istifadə etsin.
Əli Laricani açıqlamasında qeyd edib ki, müsəlmanlar Hindistan cəmiyyəti və mədəniyyətinin bir hissəsi kimi bu ölkənin inkişafında mühüm rol oynayır.
"Hindistanda vətəndaş hüquqları adlı yeni qanundan irəli gələn təsvir və qənaət müsəlmanlar üçün məhdudiyyətlərin yaradılmasından söz açır və həmin məsələ nigarançılıqlar doğurubdur.", -deyə o əlavə edib.
Hindistanın müxtəlif irqlər, dillər, dinlər, məzhəblər, adət-ənənə və mədəniyyətlər diyarı olduğunu vurğulayan Laricani bildirib ki, bu kimi məsələ və mövzuların meydana çıxması hind mədəniyyəti və sivilizasiyası ilə uyuşmur.
İran İslam Şurası Məclisinin sədri həmçinin Tehran-Yeni-Dehli münasibətlərinin önəmini xatırladıb və Hindistanda bütün etnos, dinlər və məzhəblərin dialoqu və dinc yanaşı yaşamalarını zəruri adlandırıb.