Muctaba Zonnurinin başçılıq etdiyi nümayəndə heyəti Naxçıvana səfər edib.
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət komitəsinin sədri Muctaba Zonnurinin başçılıq etdiyi nümayəndə heyəti Naxçıvana səfər edib.
Trend-in məlumatına görə, səfər çərçivəsində İranın nümayəndə heyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşəcək.
Görüşdə müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi haqda müzakirələr aparılacaq.