İran Parlamentinə deputatlığa 7 mindən çox namizəd var

İran Parlamentinə deputatlığa 7 mindən çox namizəd var

İslami Şura Məclisinə seçkilərin 11-ci dövrü İran üzrə 208 seçki məntəqəsində 290 kürsü uğrunda fevralın 21-də saat 8:00-da başlanacaq.

İran İslam Respublikası Daxili İşlər Nazirliyinin Seçki Qərargahının rəhbəri İranda İslami Şura Məclisinə növbəti seçkilərdə 7 min 157 namizədin rəqabət apardığını açıqlayıb.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, ölkə səviyyəsində 54 mindən çox seçki dairəsi yaradılıb.

İran İslam Respublikası Daxili İşlər Nazirliyinin Seçki Qərargahının rəhbəri Cəmal Orf ötən parlament seçkilərində seçici fəallığının 60 faiz olduğunu bildirərək deyib: "İslami Şura Məclisinə seçkilərin 11-ci dövründə səs vermək hüququna malik olanların sayı 57 milyon 918 nəfərdən ibarətdir və bu rəqəmdən 2 milyon 931 min nəfəri ilk dəfə səs verəcək." 

İranda seçki məcəlləsinə görə, səs vermək yaşı 18-dir və 18 yaşından yuxarı olan insanlar şəxsiyyət vəsiqəsi və milli koda malik olarlarsa səs verə bilərlər. 

İranın DİN Seçki Qərargahının rəhbəri qanuna görə namizədlərin təşviqat kampaniyası üçün 8 günlük fürsətə malik olduğunu bildirərək  "Bu fürsət səsvermə gününə 24 saat qalmış başqa sözlə sabah səhər saat 8:00-da sona çatır.", -deyə əlavə edib. 

Orf seçki öncəsi təşviqat kampaniyasının xərclərindəki şəffaflıq barədə də danışıb.

"Hər namizədin bankda mötəbər bir hesabı var, seçkilər keçirildikdən sonra təşviqat kampaniyasının maliyyələşdirilməsi və xərcləri barədə cavabdeh olmalıdır", -deyə o əlavə edib.. 

İranın seçki qərargahının rəhbəri həmçinin İran parlamenti seçkilərinin nəticələri barədə deyib: "Bütün seçki dairələrinin nəticələri bazar gününədək qətiləşəcək." 

İslami Şura Məclisinə seçkilərin 11-ci dövrü İran üzrə 208 seçki məntəqəsində 290 kürsü uğrunda fevralın 21-də saat 8:00-da başlanacaq. 

Xəbəri paylaş

VİDEOLAR