İran Parlamenti Aİ-nin Sepah-la bağlı qərarına cavab vermək üçün iclas keçirir

İran Parlamenti Aİ-nin Sepah-la bağlı qərarına cavab vermək üçün iclas keçirir

İran Parlamenti İslam İnqilabı Keşikçilər Ordusunun Avropa Parlamentində “terror təşkilatı” elan edilməsinə cavab olaraq bu gün iclas keçirir.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, İranın xarici işlər naziri Hüseun Əmir Abdullahiyan və İslam İnqilabının Keşikçilər Ordusunun komandanı Hüseyn Salami də bu iclasda iştirak edəcəklər.

Qeyd edək ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Amerika Birləşmiş Ştatları tərəfindən “terror təşkilatı” elan edilməsinə cavab olaraq, İran Parlamenti də 2018-ci ildə ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CONTCOM) və tabeliyində olan qüvvələri terror təşkilatı elan etmişdi. Məlumata görə İran Parlamenti bu gün 2018-ci ildə təsdiqlədiyi həmin qanuna əlavələr edəcək və Aİ Parlamentinin addımını bu və digər şəkillərdə cavablandıracaq.

Xəbəri paylaş

VİDEOLAR