İran Ordusunun quru qoşunlarının hərbi təlimləri başlanıb

İran Ordusunun quru qoşunlarının hərbi təlimləri başlanıb

İran İslam Respublikası Ordusunun quru qoşunlarının «Qüdrət-1401» hərbi təlimləri bu gün İranın mərkəzində yerləşən İsfahan vilayətinin Nəsrabad ümumi bölgəsində başlanıb.

Az.rasthaber.com xəbər verir ki, «Qüdrət-1401» hərbi təlimlərinin sözçüsü- ikinci dərəcəli briqada generalı Kərim Çeşək deyib:

"Bu təlimlər piyada, zirehli, artilleriya, quru qoşunlarının hava qüvvələri, pilotsuz təyyarələr, mühəndislik, hava-desant, elektronika müharibəsi bölmələrinin iştirakı və ordunun hərbi hava qüvvələrinin nəqliyyat təyyarələrinin himayəsi ilə iki gün müddətinə İsfahan vilayətinin Nəsrabad ümumi bölgəsində keçiriləcək".

İkinci dərəcəli briqada generalı Çeşək əlavə edib: İran İslam Respublikası Ordusunun quru qoşunlarının «Qüdrət-1401» hərbi təlimləri ordunun quru qoşunları bölmələrinin yeni təhdidlərlə mübarizədəki döyüş hazırlığı səviyyəsinin dəyərləndirilməsi və yüksəldilməsi məqsədi ilə həyata keçirilir.

Həmçinin Həzrət Xatəm-ül-Ənbiya (s) adına mərkəzi qərargahın komandanı general-mayor Qulaməli Rəşid İran İslam Respublikası Ordusunun quru qoşunları komandanlarının qarşıısında və quru qoşunlarının «Qüdrət-1401» hərbi təlimlərində sionist rejimin cinayətkar başçılarının sözləri, həmçinin İran İslam Respublikasının mənafeyi, milli təhlükəsizliyi və nüvə təsisatlarına qarşı təhlküəsizlik-hərbi addımlar atmaqla təhdid etmək məsuliyyətini öz üzərlərinə götürmələrinə işarə ilə bildirib ki, sionist rejim, İran İslam Respublikasının milli təhlükəsizliyinə qarşı bir təhdid kimi ön planda durur.

General-mayor pasdar Rəşid əlavə edib: İşğalçı sionist rejimin İranın mənafeyi və milli təhlükəsizliyinə qarşı hər hansı təhdidedici hərəkətləri Amerikanın koordinasiyası və himayəsi ilə həyata keçirilir və İranın silahlı qüvvələrinin bu təhdidlərə cavabı, qətiyyətli olacaq.

Xəbəri paylaş

VİDEOLAR