“İslam Respublikası düşmənlərinin məkrli addımlarını ayıq-sayıqlıqla izləyir, onlar tərəfindən istənilən zaman və məkandan gələ biləcək hər növ mümkün səhvləri qətiyyətlə cavablandırmağa və onun mənşəyini intensiv hücumlarla hədəfdə saxlamağa hazırıq.”
Az.rasthaber.com xəbər verir ki, bu barədə İran İslam Respublikasının Silahlı Qüvvələri bəyanat verib.
General Qasim Süleymaninin ildönümünün yaxınlaşması ilə bağlı verilən bəyanatda bildirib ki, İran Ordusu İslam Respublikasının düşmənlərinin məkrli addımlarını izləyir və onlardan bir xəta baş verərsə cavab verməyə hazırdır.
“Allahın yer üzündə ən pis düşməninin əli ilə hacı Qasim Süleymaninin şəhid edilməsi gününün anılması gənclərin hadisənin mahiyyəti ilə, ABŞ və sionistlərin şərr əməlləri ilə, habelə 1388-ci ilin (2009) fitnələri ilə yaxından tanış olması üçün bir fürsətdir", deyə bəyanatda əlavə edilib.