İran Omanı dəniz təlimlərinə dəvət edib

İran Omanı dəniz təlimlərinə dəvət edib

İranın Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri Tehrana səfər edən Oman Kral Ordusunun komandanı Mətar bin Səlim bin Rəşid Əl Buluşi ilə görüşüb.

Az.rasthaber.com xəbər verir ki, İranın Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri Tehrana səfər edən Oman Kral Ordusunun komandanı Mətar bin Səlim bin Rəşid Əl Buluşi ilə görüşüb.

General-mayor Baqiri görüşdə Tehran-Masqat münasibətlərinə toxunaraq, Omanla əlaqələri “unikal” adlandırıb və deyib:

“Mədəni, tarixi, dini və siyasi ortaqlıqlar iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlıq üçün uyğun platforma yarada bilər".

İki ölkənin bölgədəki ortaq təhdidlərə qarşı əməkdaşlıq etməsi lazım olduğunu vurğulayan general-mayor Baqiri deyib:

“İnanırıq ki, Fars körfəzi bölgəsində təhlükəsizliyin bölgə ölkələrinin əməkdaşlığı ilə təmin edilməlidir.

Çünki region ölkələrinin öz təhlükəsizliyini təmin etmək üçün lazımi imkanları var. Fikrimizcə, onlar əcnəbilərin iştirakı və müdaxiləsi olmadan birgə əməkdaşlıq yolu ilə regionun təhlükəsizliyini təmin edə bilərlər.".

Oman hökumətinin regional siyasətini müsbət qiymətləndirən general-mayor Baqiri Oman Hərbi Dəniz Qüvvələrini İran, Çin və Rusiyanın təşkil etdiyi “Dəniz Təhlükəsizlik Kəməri” adlı birgə dəniz təliminə dəvət edib.

Oman Kral Ordusunun komandanı da görüşdə bildirib ki, ölkəsi İranla hərbi əməkdaşlığı inkişaf etdirmək istəyir.

Xəbəri paylaş

VİDEOLAR