İran: Ölkəmizdə Əl-Qaidə rəsmisinin sui-qəsd edilmə xəbəri yalandır

İran: Ölkəmizdə Əl-Qaidə rəsmisinin sui-qəsd edilmə xəbəri yalandır

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi, Əl-Qaidə terror qruplaşmasının rəsmisinə İranda sui-qəsd edildiyi iddiaları təkzib edib.

Rasthaber Azərbaycan İran medasına istinadən xəbər verir ki,  İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə, İsrail mənbələri tərəfindən və New York Times qəzetinin son hesabatinda, İranda bir Əl-Qaidə rəsmisinə sui-qəsd iddiası barədə yayımlanan xəbərlərlə bağlı jurnalistlərin suallarının cavabinda, bu qrup üzvlərinin İrandakı varlığını qətiyyətlə rədd edərək, Amerika medialarına məsləhət verib ki, ABŞ rəsmiləri və Sionist rejimin Hollywood ssenarilərinin tələsinə düşməsinlər.

Xətibzadə Əl-Qaidə terror qruplaşmasının ABŞ-ın və bölgədəki müttəfiqlərinin səhv siyasəti olduğunu xatırladaraq vurğulayıb: "Vaşinqton və Tel-Əviv zaman-zaman bu qruplaşmanın və bölgədəki digər terror qruplarının cinayətkar fəaliyyətlərinin məsuliyyətindən yayınmaq üçün yalan danışmaq və mediaya yalan məlumatlar sızdırmaqla İranı bu cür qruplara əlaqəli göstərməyə çalışırlar".

"Şübhəsiz ki, bu cür ittihamlar İran xalqına qarşı hərtərəfli iqtisadi, kəşfiyyat və psixoloji müharibə kontekstində səsləndirilir.", -deyə iranlı diplomat əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR