İran ölkə ərazisində olan əfqanıstanlı qaçqınların sayını açıqlayıb

İran ölkə ərazisində olan əfqanıstanlı qaçqınların sayını açıqlayıb

“İranda beş milyona yaxın əfqanıstanlı qaçqın və köçkün var”

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Çində Əfqanıstanla bağlı keçirilən beynəlxalq iclasda deyib.

İran XİN rəhbəri Əfqanıstan qaçqınlarına humanitar yardımla bağlı təkliflərə münasibət bildirərkən ölkəsində beş milyona yaxın əfqanıstanlı qaçqın və köçkünün olduğunu deyib.

Hüseyn Əmir Abdullahiyan çıxışının bir hissəsində, Əfqanıstanda əhatəli hökumətin təşkilinin vacib və zəruri olduğunu vurğulayıb.

Qeyd edək ki, Çində Əfqanıstanın qonşularının üçüncü toplantısı keçirilir.

Eyni zamanda Londonda da Əfqanıstana humanitar yardımlar mövzusunda beynəlxalq toplantı keçirilir. Taliban hökumətini Çində keçirilən iclasda “Əfqanıstan İslam Əmirliyinin” xarici işlər naziri Əmir Xan Müttəqi təmsil edir.

Xəbəri paylaş

VİDEOLAR