"İran nüvə silahından azad bir zona istəyir"

İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Kamal Xərrazi 3-cü Tehran Dialoq Forumunda çıxışı zamanı deyib ki, İran nüvə silahından azad bir zona istəyir.

Az.rasthaber.com xəbər verir ki, İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Kamal Xərrazi 3-cü Tehran Dialoq Forumunda çıxışı zamanı bildirib:

"Biz nüvə silahından azad zona istəyirik və buna görə də deyirik ki, sionist rejimin nüvə silahları məhv edilməlidir və onlar təhlükəsizlik tədbirlərində iştirak etməlidirlər".

Sanksiyaların aradan qaldırılması üçün aparılan danışıqlar prosesinə toxunan Xərrazi deyib:

"İran nüvə sazişi üzrə öhdəliklərinə qayıtmağa hazırdır və indiyə qədər danışıqlarda iştirak edən bir çox problem həll olunub və yalnız təminat məsələsi qalır. 

Ümid edirik ki, MAQATE ekspertlərinin İrana səfəri zamanı bu məsələlər öz həllini tapacaq və nüvə sazişi yekunlaşacaq".

İranın hər zaman dialoqu alqışladığını ifadə edən Xərrazi, “Trans-region ölkələri iqtisadi investisiya bəhanəsi ilə bölgəyə siyasi və hərbi müdaxilə etməməlidir".

Xəbəri paylaş

VİDEOLAR