İranı narahat edən dörd məsələ nüvə müzakirələri üzrə yekun razılaşmada nəzərə alınmalıdır.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bunu İranın hökumət sözçüsü Əli Bahaduri Cəhromi deyib.
Onun sözlərinə görə, nəzərə alınmalı olan məsələlərdən birincisi odur ki, zəmanətlər arxayınlıq yaratmalıdır: “İkincisi, müqavilədə obyektiv və praktiki yoxlama nəzərdə tutulmalıdır. Üçüncüsü, sanksiyaların ləğvi davamlı olmalıdır və təhlükəsizlik nəzarəti ilə bağlı siyasi iddialara son qoyulmalıdır”.
O bildirib ki, bu halları nəzərə alaraq, İslam Respublikası əvvəllər danışıqları tərk etməyib və tərk etməyəcək.