İran: Nüvə danışıqlarının uzanmasının birbaşa səbəbkarı ABŞ-dır

İran: Nüvə danışıqlarının uzanmasının birbaşa səbəbkarı ABŞ-dır

“ABŞ Vyanada nüvə sazişinin bərpası ilə bağlı aparılan danışıqların uzanmasının birbaşa səbəbkarıdır...Biz Vyanada yaxşı və daimi razılaşmaya hazırıq.”

Az.rasthaber.com SalamNews-a istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan deyib.

Ötən gün Oman Sultanlığının XİN rəhbəri Bədr bin Həmd əl-Busəidi ilə telefon danışığında olan H.Əmir-Abdullahiyan qarşılıqlı əlaqələri və nüvə danışıqları kimi bir sıra region məsələlərini müzakirə edib.

İran XİN rəhbəri bildirib ki, Vyanada nüvə razılaşmasının bərpası üçün aparılan dialoqun uzanmasının birbaşa səbəbkarı ABŞ-dır.

Nüvə danışıqları ilə eyni zamanda ABŞ tərəfindən İrana sanksiyaların tətbiqini təndiq edən iranlı nazir deyib:

“İran İslam Respublikası yaxşı və daimi bir razılaşmaya hazırdır. Amma ABŞ tərəfi bəzi əlavə məsələləri tələb etməklə danışıqların birbaşa səbəkarıdır.”

Tərəflər eyni zamanda Yəməndə atəşkəsin elan edilməsini alqışlayıblar.

Xəbəri paylaş

VİDEOLAR